Dünya

Qadın-kamikadze dəhşət saçdı

Metbuat.az

Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.



ANS PRESS-in məlumatına görə, hadisə Qombe şəhərinin mərkəzi avtovağzalında baş verib. Partlayışın qadın-kamikadze tərəfindən törədildiyi bildirilir.



Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin polis partlayışı "Boko Haram" terror təşkilatının törətdiyini ehtimal edir.



Nigeriyada parlament və prezident seçkilərindən sonra "Boko Haram" qruplaşmasının hücumları intensivləşib.

Mənbə
ANS PRESS