Dünya

Putindən Türkiyə - Vatikan şərhi

Metbuat.az
“Mövzunu bilmirəm, amma papa Fransisk nə dediyini bilən ağıllı adamdır”

Ötən gün telekanallardan birinin canlı efirində suallara cavab verən Rusiya prezidenti

Vladimir Putin

Roma papasının 1915-ci il hadisələri barədə şərhinə də münasibət bildirib.



Anspress

-in məlumatına görə, bu mübahisəyə qarışmaq istəmədiyini deyən Putin ruhani liderin nə danışdığını bilən ağıllı adam olduğunu deyib:



“Papa Fransisk ilə Türkiyə arasında olan polemikaya qarışmaq istəmirəm. Papa Fransisk dünyada elə nüfuzlu bir insandır ki, dini meyllərinə baxmayaraq bütün insanlara özünü ifadə etməyin yolunu tapır. O səmimi və nə danışdığını bilən bir insandır. Mən mövzunun nə olduğunu bilmirəm və son çıxışı dinləməmişəm. Türkiyədəki insanların isə baş verəcək problemləri həll edəcək qədər ağıllı olduqlarına inanıram”.



Milli.Az