Dünya

Putin Türkiyəni incitməyəcək

Metbuat.az

Rusiya prezidenti Vladimir Putinin İrəvana aprelin 24-də gözlənilən səfəri Moskvanın Türkiyə və Azərbaycanla münasibətləri pozmayacaq.



ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.



“Kütləvi cinayət qurbanlarının xatirəsini yad etmək münasibətləri korlamaq üçün səbəb deyil. Çox sayda barışıq nümunələri var. Biz erməni-türk və erməni-Azərbaycan münasibətlərinin normallaşmasına tərəfdarıq. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox iş görürük. Biz xarici tərəfdaşlarımızla birgə mütəmadi olaraq Ermənistan və Azərbaycan təmsilçiləri ilə ünsiyyət qururuq. Ümid edirik ki, bu məsələnin həli sürətlənəcək”, - deyə Lavrov bildirib.




Mənbə
ANS PRESS