Dünya

Putin Pentaqon rəhbərini dərdə saldı

Metbuat.az
Rusiya və Çin öz hərbi potensialını ABŞ-ın gözlədiyindən daha tez gücləndirib
APA

-nın xəbərinə görə, bu barədə Pentaqon rəhbərinin müavini

Robert Uork

deyib.



"ABŞ İraq və Əfqanıstanda müharibə apardığı vaxtda Moskva və Çin hərbi potensialını gücləndirməklə məşğul idi", - deyə o bildirib.



Pentaqon rəsmisi qeyd edib ki, Vaşinqton Moskva və Pekini beynəlxalq hüquq çərçivəsində tərəfdaş kimi görmək niyyətindədir.



"Biz onlarla müharibə etmək niyyətində deyilik. Bizim əsas hədəflərimiz bunlardır: onların məqsədini öyrənmək, onları nə saxlaya bilər və böhrandan necə qaçmaq olar", - deyə R. Uork qeyd edib.



Onun sözlərinə görə, ABŞ 1989-cu ildən etibarən SSRİ-ni, ardınca Rusiyanı Avropanın tərəfdaşı etmək istəyib. "Uzun müddət ərzində biz inanırdıq ki, hər şeyi düz edirik. Lakin Vladimir Putin bizi təəccübləndirdi. Aydındır ki, o, tərəfdaş olmaq istəmir", - deyə o qeyd edib.



Milli.Az