Ölkə

​Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib

Metbuat.az

Dövlət başçısı manatın məzənnəsi ilə bağlı tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib


Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti

İlham Əliyev

özünün sədrliyi keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.


“Report”un xəbərinə görə, hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycanın xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verib.


Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.


Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı

Səhiyyə Nazirliyi

nə tapşırıqlar verdiyini vurğulayıb.


Bu il daha 3 “ASAN xidmət” mərkəzinin açılacağını deyən dövlət başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.


Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.


Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.