Dünya

Polşa ABŞ-dan “Patriot” zenit raket kompleksləri alacaq

Metbuat.az

[ 21 Aprel 2015 22:06 ]



Bakı-APA. Polşa hökuməti Müdafiə Nazirliyinin ABŞ istehsalı olan “Patriot” zenit raket komplekslərinin alınması ilə bağlı sifarişi dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ölkə prezidenti Bronislav Komorovski həmçinin qeyd edib ki, Polşa 5 mlrd dollar dəyəri olan sazişin əldə olunması üçün ABŞ ilə birbaşa danışıqlar aparacaq.  

“Patriot” zenit raket kompleksləri  Raytheon şirkəti tərəfindən istehsal olunur.