Ölkə
Polis Nəsimidə 13 dilənçini saxlayıb
Bakıda dilənçiliklə məşğul olanlara qarşı tədbirlər davam etdirilir. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avara və dilənçiliklə məşğul olan 13 nəfər (3 kişi, 3 qadın və 7 azyaşlı) saxlanılıb. Onların barələrində müvafiq tədbir görülüb.