İqtisadiyyat

Pirallahı qəsəbəsində içməli su təchizatı yaxşılaşdırılır, yeni qaz xətləri çəkilir

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işləri aparılır və bu prosesin 2015-ci il ərzində başa çatdırılması nəzərdə tutulur.


Bu barədə

AZƏRTAC

-a rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Pirallahı qəsəbəsində köhnə qaz xətləri ləğv olunaraq, təzə qaz xətləri çəkilir, istismar müddətini başa vurmuş gecə işıq dirəkləri və kabellər isə tamamilə yeniləri ilə əvəzlənir.


Eyni zamanda K.Rzayev, S.Vurğun, Əzizbəyov küçələrinin qaz təchizatının təkmilləşdirilməsi və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənir.


Köhnə xətlərin 150, 100 və 75 millimetrlik diametrli polietilen borularla əvəzlənməsi işləri əvvəlcədən tərtib edilən plan əsasında görülür. Layihəyə əsasən, ilkin mərhələdə uzunluğu 800 metr olan qaz xətləri yenilənir.