İqtisadiyyat
Paytaxtın iki əsas prospektini birləşdirən “Baksol” yolunda tikinti işləri sürətlənib
Bakı, 22 aprel,
AZƏRTACPaytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərini birləşdirən 4 kilometrlik “Baksol” yolu adlanan avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
4 kilometrlik yolun 2,5 kilometri Binəqədi, 1,5 kilometrlik hissəsi isə Nərimanov rayonunun ərazisinə düşür. Bir həftə əvvəl başlanan işlərə çirkli torpaqların təmizlənməsi, yol boyu yağış qəbuledicilərinin təmizlənməsi və 11,5 kilometr məsafədə köhnə asfalt-beton örtüyünün çıxarılması daxildir.
Hazırda asfalt-beton örtüyünün döşənməsi işləri gedir.