İqtisadiyyat

“PAŞA Həyat” sığorta şirkətinin nümayəndə heyəti Romada keçirilən beynəlxalq forumda iştirak edib

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

“PAŞA Həyat” sığorta şirkətinin nümayəndə heyəti Roma şəhərində keçirilən beynəlxalq “3rd Annual Life Insurance Forum”da iştirak edib.


Şirkətdən

AZƏRTAC

-a bildiriblər ki, 30-dan çox ölkənin 70-ə yaxın nümayəndəsinin qatıldığı forumda “PAŞA Həyat”ı strateji inkişaf və marketinq, satış və təkrarsığorta strukturlarının rəhbərləri təmsil edib.


Avropanın iri ölkələrinin sığorta, maliyyə, konsaltinq və digər iri şirkətlərin nüfuzlu top menecerlərinin təmsil olunduğu tədbirdə Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya, Norveç və digər ölkələrin təcrübəli menecerlərinin öz ölkələrində sığorta şirkətlərinin idarəolunması, onların fəaliyyəti barədə maraqlı və geniş məruzələri dinlənilib.


Forumda həyat sığortası biznesində qlobal inkişaf meylləri, satış və distribyusiya kanalları, risklərin idarəolunması, yeni qabaqcıl onlayn və rəqəmsal texnologiyaların tətbiqi, investisiya siyasəti, yığım sığortası və bankassurance sahələrinə aid məlumatlar verilib.