Dünya

Papaya Aya-Sofya cavabı

Metbuat.az

Roma Papasının 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına cavab olaraq Türkiyə Aya-Sofya Muzeyini məscid kimi imanlı insanların üzünə aça bilər.



Trend

-in “Milliyet”ə istinadən verdiyi məlumata görə, bunu Ankara müftisi

Məfail Hızlı

bildirib.



Onun sözlərinə görə, Roma Papası Birinci Dünya Müharibəsində müsəlmanların çəkdiyi əzablara göz yumaraq, katolik kilsəsinin ermənilərlə həmrəyliyindən danışır.



Milli.Az