Dünya
Mənbə
ANS PRESS
Papanın iddiası qeyri-əxlaqidir
Türkiyənin rəsmi dini qurumu “Diyanət” komitəsinin sədri professor Mehmet Görmez Roma papası Fransiskin qondarma erməni “soyqırımı” barədə açıqlamalarına münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, dini komitənin sədri katpliklərin liderinin açıqlamasını “qeyri - əxlaqi” sözləri ilə dəyərləndirib.
“Reuters” agentliyinə müsahibə verən Mehmet Görmez Fransiskin sözləri üçün, “Minimum xristianlıq əxlaqından uzaq bir açıqlama” – deyib.
Xatırladaq ki, katoliklərin ruhani lideri papa Fransisk aprelin 11-də Romada müqəddəs Pyotr kilsəsində keçirdiyi ayində 1915-ci il hadisələri barədə danışmış və XX əsrdə ilk “soyqırımına” ermənilərin məruz qaldığını iddia etmişdi.
Mənbə
ANS PRESS