Maraqlı
Pamuk Qrass haqda: "Onunla içib..."
Nobel mükafatlı türk yazar Orxan Pamuk bu gün vəfat edən başqa bir Nobel laureatı Günter Qrass haqda danışıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Orxan Pamuk mərhum yazıçı haqda bunları deyib:
“Mən Günteri 70-ci illərdən bəri tanıyıram... 2010-cu ilin aprel ayında Avropada hava şəraiti çox pis olduğu üçün təyyarələrin bu istiqamətdə uçması mümkün deyildi. Elə buna görə də Günter İstanbulda planlaşdırdığından çox qalmalı oldu. Biz də hər axşam görüşərdik, içib söhbətlər edərdik. Məni ən çətin anlarımda dəstəkləmişdi, xoş niyyətli, doğma, səmimi bir dost idi. Günter Qrassın eynilə mənim kimi gəncliyində rəssam olmaq istəməsi, hələ də rəsm çəkməsi, emalatxanasının olması məni çox həyəcanlandırırdı. Günter Qrass rəssam olduğu üçün yazdığı romanlarda təsvirləri çox gözəl verirdi. O, Markesin də inkişaf etməsində mühüm rol oynamışdı. Yaşayan ən böyük alman yazarı idi...”
Xatırladaq ki, Günter Qrass 1999-cu ildə "Tənəkə təbili" əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Milli.Az