İqtisadiyyat

Özbəkistanın podrobno.uz portalı Xəzərdə inşa olunacaq külək parkı haqqında yazır

Metbuat.az

Daşkənd, 14 aprel,

AZƏRTAC

Özbəkistanın podrobno.uz portalı “Azərbaycan Xəzərdə nadir külək parkı tikməyi planlaşdırır” adlı məqalə yayıb.


Məqalədə bildirilir ki, artıq Xəzər akvatoriyasında bu istiqamətdə işlərə başlanılıb.


Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir.


Bildirilir ki, əldə edilən elektrik enerjisi Gürcüstan vasitəsilə Türkiyə və Avropaya, İran vasitəsilə Pakistan və Əfqanıstana ixrac ediləcək. Ekspertlərin fikrincə, bu layihələr üçün böyük maliyyə vəsaiti tələb olunsa da, qısa müddətdə öz xərcini ödəyəcək. Diqqətə çatdırılır ki, artıq bu məsələləri öyrənən xüsusi işçi qrup da yaradılıb.


Qeyd edilir ki, Qobustanda poliqon və küləyin, günəşin və bioqazın istifadəsi üzrə hibrid stansiya da tikilib.



Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkən

d