İqtisadiyyat

Ötən ay vətəndaşlara fərdi məlumatlar üzrə 6 mindən artıq elektron arayış verilib

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Ötən ay ölkə vətəndaşları “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 6123 dəfə istifadə ediblər.


AZƏRTAC

xəbər verir ki, bu məlumat “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.


Elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC, BOKT “İdeal Kredit” MMC və “Azərbaycan Lizinq Şirkəti” MMC faydalanmaqdadır.


“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədilə yaradılıb. Adları qeyd olunan banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətinə müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.