İqtisadiyyat
Ötən ay Ceyhan limanından 2,03 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb
Bakı, 3 aprel,
AZƏRTACMartda 2 milyon 37 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, yanvar-mart aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 6 milyon 862 min 55 ton təşkil edib.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il aprelin 1-ə qədər Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.