Maraqlı
Onların yerində adi qadın olarsa? - FOTO
Fransız stilist, jurnalist və bloqer Natali Kroke çox maraqlı layihəyə başlayıb.
O, Givenchy, Lancome və Lanvin təki brendlərin reklamlarına çəkilmiş modellərin fotolarındakı pozaları təkrarlayaraq SPOOF adlı seriya yaradıb.
Milli.Az bildirir ki, seriyadakı 11 fotonun müəllifi Deniel Şvesyerdir.
Parisli Natali Kroke bloqunda bildirib ki, layihənin məqsədi məşhur brendlər və dizaynerlərin reklam kampaniyalarında modellər və ya məşhurlardan yox, adi qadınlardan istifadə edəcəkləri təqdirdə nə alınacağını göstərməkdi.
Seriyanın bəzi fotolarını Kroke İnstagram-dakı profilində də yayıb.
Milli.Az