Dünya
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Oksford
Oksfordda tarixi oteldə yanğın baş verib
Oksford, 20 aprel,
AZƏRTACBritaniyanın Oksford şəhərində 150 illik tarixə malik “Randolph” otelində yanğın baş verib.
Otel rəhbərliyinin yaydığı məlumata görə, hadisə mətbəxdə çalışanların ehtiyatsızlığı üzündən baş verib.
Yanğın sürətlə otelin birinci mərtəbəsindən dam ortüyünə doğru yayılıb. Hadisə nəticəsində 80 nəfərdən çox insan binadan evakuasiya edilib. Ölən və yaralanan yoxdur.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Oksford