Dünya
AZƏRTAC
Okeanda 66 gün tək-tənha qalan amerikalı möcüzə sayəsində xilas olub
Bakı, 3 aprel,
AZƏRTACAlmaniyaya məxsus konteyner daşıyan Houston Express gəmisi nasaz qayıqda 66 gün Atlantik okeanında qalan amerikalını xilas edib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 37 yaşlı L.Cordan yanvarın 29-da öz yaxtası ilə Şimali Karolina sahillərinə balıq ovlamağa gedib. Bir neçə gün keçdikdən sonra geri dönməyən və barəsində heç bir xəbər olmayan Luis itkin düşmüş elan edilib. Nəticədə onu 66 gündən sonra təsadüf nəticəsində Houston Express gəmisi aşkarlayıb. Yalnız çiyni zədələnən amerikalının səhhətində heç bir ciddi problem aşkarlanmayıb.
Cordanın dediyinə görə, bu müddətdə çiy balıq yeyərək və yağış suyu içərək sağ qala bilib.