Dünya

Obama rəsmən imtina etdi (VİDEO)

Metbuat.az

ABŞ prezidenti Barak Obama Moskvaya Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etməyəcək.



ANS PRESS-in məlumatına görə, bu haqda "Exo Moskvı" radiostansiyasına müsahibəsində ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bildirib.



ABŞ prezidenti Kremlin dəvətindən imtinaya səbəb kimi Ukrayna böhranını göstərib. Obamanın əvəzinə mayın 9 da Moskvada Qələbə Paradında Con Tefft iştirak edəcək.



"Prezident özü izah etdi ki, buna səbəb Ukraynada olan vəziyyətdir. Belə qənaətə yalnız Obama deyil, həm də Avropa ölkələrinin liderlərinin əksəriyyəti də gəlib", - deyə səfir bildirib.



Mənbə
ANS PRESS