Maraqlı
O, İnstagram-ın balaca şahzadəsidir - FOTO
Məşhur dizaynerlərin əsərləri olan çantalar, mini Mercedes atvomobili və İnstagram-dakı profildə 115 mindən artıq daimi təqibçi... Bütün bunlar 14 aylıq Milli-Belle Daymond adlı balaca qıza məxsusdur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Sidney şəhərində yaşayan Siçi Fok balaca qızının fotolarını ABŞ-ın Vaşinqton ştatında, habelə Avstraliyanın Kuinslend əyalətində yaşayan qohumlarının görməsini istəyirdi.
O, Milli-Bellenin fotolarını iPhone ilə çəkərək İnstagram-da yaymağa başlayıb.
Az sonra isə "balaca şahzadə" populyarlaşıb.
Milli.Az