Ölkə
Novruz Məmmədov: “Aİ elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın”
Bakı. 21 aprel. REPORT.AZ/ “Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın”. “Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədovöz twitter səhifəsində yazıb.
“7-8 il ərzində “Nabucco” ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. İndi artıq “Nabucco”tamam unudulub, görəsən Avropada belə məsələlərə əhəmiyyət verilir?”- N.Məmmədov əlavə edib.