Növbəti səyyar qəbullar Bakının üç rayonunda keçiriləcək
Bakı, 13 aprel,
AZƏRTACBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar aprelin 16-da Binəqədi rayonunda, aprelin 17–də isə Nəsimi və Yasamal rayonlarında keçiriləcək.
BŞTİ-dən
AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu üzrə 314 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Nəsimi rayonu üzrə 159 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula THL, 1, 5-292, 8, 9, 14, 16, 19, 28, 35, 42, 44, 46, 54, 111, 133, 151, 159, 164, 211, 240, 247, 266 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Yasamal rayonu üzrə 308 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda isə 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinləniləcək.
Səyyar qəbullar saat 10.00–da başlanacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.