Dünya
“Normandiya dördlüyü”nün XİN rəhbərlərinin növbəti görüşü aprel ayında baş tuta bilər
Bakı. 1 aprel. REPORT.AZ/ “Normandiya dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) ölkələrinin XİN rəhbərlərinin növbəti görüşü aprel ayında baş tuta bilər. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa xarici işlər nazirliyinin nümayəndələri bildiriblər.
"Hazırda görüşün dəqiq vaxtını razılaşdırırıq. Bu görüş elə aprel ayında keçirilə bilər" - deyə Fransalı diplomalar bildiriblər.
Qeyd edək ki, “Normandiya dördlüyü” Ukraynanın şərqindəki münaqişənin həlli üçün razılaşmalar əldə etməyə çalışır.