Ölkə

Nobel mükafatçısı vəfat etdi

Metbuat.az

Nobel mükafatı laeruatı, son onilliklərdə Almaniyanın ən çox oxunan yazıçılarından biri Günter Qrass 88 yaşında dünyasını dəyişib.



ANS PRESS-in məlumatına görə, bu barədə Almaniya mətbuatı yazıb.



Bildirilir ki, 1999-cu ildə pritçaları ilə tarixin unudulmuş obrazına işıq saldığına görə Nobel mükafatına layiq görülən yazıçı, şair və dramaturq Gunter Qrass bu gün Lyubek şəhərindəki xəstəxanada vəfat edib.



O, solçu baxışını heç vaxt gizlətməyib, sosial-demokratların seçkiqabağı kampaniyasında yaxından iştirak edib, hətta müəyyən dövrdə Sosial Demokrat Partiyasının üzvü olub. Nobel mükafatı ilə bağlı çıxışında kapitalizmi tənqid edib və insanları sosializm uğrunda mübarizəyə çağırıb.



Yazıçı 2014-cü illərdə digər həmkarlarına qoşularaq Rusiya hakimiyyətini ölkədə söz azadlığına qoyulan məhdudiyyətləri dayandırmağa səsləyib. Rusiya hakimiyyətinə ünvanlanan həmin məktuba 4 Nobel mükafatçısı da daxil olmaqla, dünyanın 30 ölkəsindən 217 yazıçının adı var.



Xatırladaq ki, Günter Qrass 1927-ci il oktyabrın 16-da Dansiq (Polşanın indiki Qdansk) şəhərində dünyaya gəlib. O, 17-18 yaşlarında SS-də xidmət edib. Lakin bu fakt təxminən 60 il sonra, 2006-cı ildə dərc olunan “Yaddaş soğan” kitabındakı etirafları nəticəsində məlum olub. 1959-cu ildə yazdığı “Tənəkə təbil” əsəri ilə ədəbiyyata gəlib.

Mənbə
ANS PRESS