NIKOIL Bank əmanət faizlərini artırıb
Bakı, 4 aprel,
AZƏRTAC“NİKOYL” İKB ASC 3 aydan 5 ilədək müddətə nəzərdə tutulan faiz dərəcələrinin aylıq və ya müddətin sonunda hesablanmasını əsas götürərək ümumi əmanət məhsullarının çeşidlərini yeniləyib.
Yeni çeşidlər üzrə təqdim olunan NİKOİL/Vergisiz əmanətinin (maksimal illik gəlir məbləği 12 faizədək AZN-lə və 10,5 faizədək isə ABŞ dolları ilə) unikallığı ondan ibarətdir ki, bu əmanət üzrə vergini Bank öz müştərilərinə hədiyyə edir.
NİKOİL/Sabit ( maksimal illik gəlir məbləği 14,5 faizədək AZN-lə, 14 faizədəki ABŞ dolları ilə və 9,1 faizə qədəri isə avro ilə) əmanət növünün üstünlüyü sığortalı və eyni zamanda yüksək faiz dərəcəli olmasındadır. Belə ki, əmanətin müddəti 3 aydan 60 aya qədərdir və bu müddət ərzində əmanətə əlavələr etmək mümkündür. NİKOİL/Private (maksimal illik gəlir məbləği 13,7 faizə qədəri AZN-lə, 12,3 faizə qədəri ABŞ dolları ilə və 8,8 faizə qədəri isə avro ilə), bu əmanət növü müştərilərə yüksək ilkin vəsait yerləşdirmək şərti ilə yüksək faiz dərəcəsi əldə etmək imkan verir.
Qeyd edək ki, bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulub. NIKOIL | PRIVATE BANKING xidmətləri – bu, fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət, kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri- bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət, sığortalama və sairdir.
Hazırda “NİKOYL” Bankda əmanətin ümumi məbləği fiziki şəxslər üzrə 190 milyon AZN, hüquqi şəxslər üzrə isə 29 milyon AZN təşkil edir.