NİİM-də I Avropa Oyunlarına hazırlıqla bağlı iclas keçirilib
Bakı, 9 aprel,
AZƏRTACNəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərliyi altında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) I Avropa Oyunlarına həsr olunmuş iclas keçirilib.
NİİM-dən
AZƏRTAC-a verilən məlumata görə, iclasda “Bakı-2015” Avropa Oyunları çərçivəsində Avropa Oyunlarının İdarəedilməsi Strukturu, Əməliyyat Mərhələləri, Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti, hazırlıq prosesinin son mərhələləri ilə bağlı məsələlər müzakirə olunub. Nəqliyyat Nazirinin müavini Musa Pənahov ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında danışıb.
Qeyd edək ki, I Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.