İqtisadiyyat

Nərimanov rayonunda bir neçə küçədə təmir işləri yekunlaşmaq üzrədir - FOTO

Metbuat.az

[ 17 Aprel 2015 15:57 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.

İsmayıl Hidayətzadə küçəsində isə səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.