İqtisadiyyat

Neftin ucuzlaşması davam edir

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,27%, yaxud 1,08 dollar ucuzlaşaraq 47,60 dollar təşkil edib.


"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,14% və ya 1,18 dollar ucuzlaşaraq 55,11 dollar olub.


Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.