İqtisadiyyat

Neftin qiyməti yenə düşdü

Metbuat.az
WTİ markalı neftinin qiyməti Nyu-York birjasında 0.37 dollar düşüb

İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində ötən gündən bəri dəyişiklik müşahidə olunmaqdadır.



Anspress

-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.



Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37 dollar azalaraq 48.77 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.48 dolar enərək 54.47 dollar olub.



Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.14 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54.95 dollar idi.



Milli.Az