Dünya

Neft bahalaşdı, dollar ucuzlaşdı

Metbuat.az

Bu gün Moskva birjasında dolların məzənnəsi bu il ilk dəfə olaraq 56 rubldan, avronun məzənnəsi isə 61,55 rubldan aşağı düşüb.



ANS PRESS-in məlumatına görə, dollar və avronun ucuzlaşması dünya bazarlarında neftin bir barrelinin qiymətinin bahalaşması fonunda baş verir.



Bu fonda rubl 0,3 - 2,2% bahalaşıb.



Qeyd edək ki, ötən ay Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artım müşahidə edilmişdi.



1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində olmuşdu. Ümumiyyətlə son aylar rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.

Mənbə
ANS PRESS