İqtisadiyyat

Nazir bahalaşmadan danışdı

Metbuat.az

Azərbaycanda yay turizm mövsümü ərzində otellərdə, turizm obyektlərində bahalaşma olmayacaq və buna əsas yoxdur.



Trend

-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri

Əbülfəs Qarayev

jurnalistlərə deyib.



Nazirin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi otellərdə qış turizmi ilə əlaqədar monitorinq keçirib. Monitorinq zamanı otellərdə qiymət artımı qeydə alınmayıb. Amma otellərin xidmət keyfiyyətinin artdığı məlum olub: “Ötən ilə nisbətən bu il heç bir oteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da otellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur”.



Azərbaycanda yeni açılan otellərin də turistlərə cəlbedici təkliflər təqdim etdiyini deyən Ə.Qarayevin sözlərinə görə, nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır.



Milli.Az