İqtisadiyyat

Nazir: “2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürüləcək”

Metbuat.az

[ 20 Aprel 2015 18:30 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın 2016-cı il üzrə dövlət büdcəsinin ilkin parametrləri üzərində işlər gedir.

APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsinin ilkin variantı Maliyyə Nazirliyi tərəfindən artıq hazırlanıb: “Biz ilkin ssenarilərdə neftin qiymətini 50 dollardan götürmüşük. Bununla yanaşı, biz  baş verən proseslərə baxacağıq”.