Texnologiya

Naxçıvan MR-də 3 ayda informasiya və rabitə xidmətlərinin həcmi 12 milyona yaxın olub

Metbuat.az

Naxçıvan Dövlət Statistika Komitəsi cari ilin yanvar-mart ayları üzrə muxtar respublikanın informasiya və rabitə xidmətlərinin həcmini açıqlayıb.


 


Bu ilin ilk rübü ərzində Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyərək 11 milyon 803 min manat olub.


 


Ümumi xidmətlərin 82,6 faizi mobil rabitə xidmətinin payına düşüb. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.


 


CAHANGİR