İqtisadiyyat

“Nar” öz yeni “Salam” kampaniyasını təqdim edib

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

“Nar” öz yeni “Salam” promo kampaniyasını təqdim edib.


Şirkətdən

AZƏRTAC

-a bildirilib ki, kampaniya çərçivəsində operatorun abunəçiləri, artıq bütün istiqamətlərdə cəmi 3 qəpiyə həm danışıq həm də SMS göndərmək fürsəti qazanıblar.


Qeyd edək ki, yeni “Nar” abunəçiləri “Salam” kampaniyasına pulsuz qoşula bilərlər. Kampaniya çərçivəsində ilk ay ərzində abunə haqqını ödəmədən 2 sevimli nomrəyə 1.5 qəpiyə zəng etmək imkanı qazanılır. Təklifi aktivləşdirmək üçün “salam” yazaraq 777 qısa nömrəsinə SMS göndərmək, və ya *777#334#YES kodunu yığmaq lazımdır. Bundan başqa www.nar.az veb səhifəsi vasitəsilə yenilənmiş “şəxsi kabinet” imkanındən yararlanmaq, ya da “Nar” mərkəzləri ilə “Nar dünyası” mağazalarına müraciət etmək kifayətdir.


Daha ətraflı məlumatı mobil operatorun İnternet səhifəsindən əldə etmək olar.