İqtisadiyyat

“Nar Mobile” loqosunu yeniləyib - FOTO

Metbuat.az

[ 07 Aprel 2015 10:08 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) yeni loqosunu təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, rebrendinq istiqamətində 2 il iş görülüb.

Rebrendinq çərçivəsində “Nar Mobile” brendinin loqosu ilə yanaşı, adını da yeniləyib. Belə ki, brendin adından "Mobile" sözü ləğv edilib.