İqtisadiyyat

​"Nano Electronics" şəbəkəsi mağazalarının sayını azaldıb

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı şəhərində elektronika məshullarının satışı ilə məşğul olan "Nano Electronics" mağazalar şəbəkəsi ölkədə davam edən maliyyə böhranı səbəbindən əksər obyektlərini bağlamalı olub. Mağazalar şəbəkəsindən "Report"a bildirilib ki, şirkət bazar mövqeyini qorumaq məqsədi ilə mağazalarının sayını azaltmaq məcburiyyətində qalıb.


"Biz bazardan tam silinməmək üçün bu addımı atmaq məcburiyyətində idik. Hazırda 11 mağazadan ancaq yalnıü 4-ü fəaliyyətini davam etdirir. Azərbaycanda elektronika istehsalı olmadığından bizdə idxala əsaslanan ticarət növüdür və burada da açıq valyuta siyasəti həyata keçirilir, yəni məhsulları dollarla alıb, milli valyuta ilə satmaq məcburiyyətindəyik. Nəticədə, avtomatik olaraq məzənnə fərqi sahibkarın ziyanına gətirib çıxarır", - deyə şirkətin açıqlamasında bildirilib.


Şirkət maliyyə böhranı nəticəsində məhsullarının satışını reallaşdıra bilmədiyi üçün satış strategiyasını da dəyişməli olub. "Nano ELectronics" ehtiyatlı addım atmaq taktikasına keçərək satışın qaydalarında bir sıra yeniliklər tətbiq etməli olduğunu açıqlayıb. Şirkət artıq uzunmüddətli kreditlə məhsul satışını, kredit kartları vasitəsilə banklarla əməkdaşlıq prosesini dayandırıb.


Qeyd edək ki, "Report"a daxil olan məlumata görə, "Nano Electronics"in mağazalarının bağlanması nəticəsində 40-dan artıq işçi işsiz qalıb. Şirkətin uzunmüddətli kreditlərini toplaya bilməməsi nəticəsində 1 mln. manat borcu yaranıb. Mağazalarının bağlanması da məhz bu borcun toplanması məqsədini daşıdığı qeyd edilir.