İqtisadiyyat

Mühasibat uçotu və audit sahəsində çalışan təlimçilər akkreditasiya və təlimlərə dəvət olunurlar

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) Nazirliyin və Dünya Bankının birgə “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” Layihəsi çərçivəsində Azərbaycanda mühasibat uçotu və audit sahəsində çalışan təlimçiləri ödənişsiz əsaslarla METM-də akkreditasiyadan keçməyə dəvət edir.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, eyni zamanda, mühasibat uçotu və audit üzrə təlimçilərin və ya bu sahədə karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin davamlı təhsilini təmin etmək məqsədilə METM ödənişsiz olaraq “Maliyyə hesabatlarının hazırlanması”, “Maliyyə menecmenti”, “Audit və əminlik” fənləri üzrə təlimçiləri “İmtahan suallarının hazırlanması metodikası” və “İmtahan nəticələrinin qiymətləndirilməsi metodikası” üzrə seminara dəvət edir.


Seminar müvafiq sahələr üzrə beynəlxalq kvalifikasiyalara malik mütəxəssislər tərəfindən aparılacaq. Seminarın bu ilin may ayında keçirilməsi planlaşdırılır.


Ətraflı məlumat üçün Maliyyə Elm-Tədris Mərkəzinə müraciət etmək olar.