İqtisadiyyat

Muğanbankdan yeni xidmət

Metbuat.az

“Muğanbank” ASC müştərilərə xidmətin daha sürətli və tez həyata keçməsi məqsədilə, “Cash-In” və ”Cash to any Card” xidmətlərini təqdim edir. “Cash-In” və ”Cash to any Card” bankın müştərilərinə ödəniş kartlarının cari balansını artırmaq, habelə kredit xətləri üzrə ödənişləri həyata keçirmək imkanı verir. Bu xidmətdən Azeri Card prossesinq mərkəzi tərəfindən xidmət olunan bankların Cash-In terminalları vasitəsilə, həmçinin Azeri Card-ın ödəniş terminallarında istifadə etmək mümkündür. Bankomatlar bank xidmətlərindən onlayn rejimdə, həftənin 7 günü 24 saat müddətində istifadə etməyə, habelə kartda köçürülən vəsaitləri dərhal görmək imkanı verir. Hazırkı xidmətin müsbət tərəfi, həmçinin əməliyyatların aparılması zamanı uzun növbələrin olmamasındadır.



Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.



Muğanbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı +99412 564 35 11 nömrəsindən bankın Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, həmçinin bankın saytından

www.muganbank.az

və ya Facebook-dakı rəsmi səhifəsinə

https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl

yazılmaqla əldə edə bilərsiniz.