Ölkə

Motosiklet aşdı: ölən var

Metbuat.az

Gədəbəy rayonunun Nərimankənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 20-də saat 13 radələrində Gədəbəy rayonunun Nərimankənd kəndində Bakı şəhər sakini Əziz Əsgərov idarə etdiyi “Yamaha” markalı dövlət qeydiyyat nişanları olmayan motosikleti aşırıb. Nəticədə Ə.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.