“Moody’s” Beynəlxalq agentliyi “Unibank”ı yüksək maliyyə göstəricilərinə görə qiymətləndirib
Bakı, 9 aprel,
AZƏRTAC“Moody’s Investors Service” beynəlxalq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək, bankın 2014-cü ildən bu günədək reytinqini “B2” səviyyəsində qoruyub saxladığını bir daha təsdiqləyib.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, “Unibank”ın maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin bu qərarı, bankın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə bu mövqedə stabilliyi təmin edən əsas amillərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.
“Moody's " beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirib. Agentlik ekspertlərinin rəyində yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, bankın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır.
"Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.
Ətraflı məlumatı bankın saytından (
http://www.unibank.az) və yaxud facebook səhifəsindən (
www.facebook.com/unibank.az) əldə etmək olar.