İqtisadiyyat

Mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin şərtləri üzrə müzakirələr aparılıb. Artıq arabağlantı münasibətlərinin ortaq nöqtəyə gətirilməsi üçün təkliflər hazırlanıb və yaxın günlərdə müvafiq qərar qəbul olunacaq.


Nazirlikdən

AZƏRTAC

-a verilən məlumata görə, bu sahədə tənzimləmə işləri ölkədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçiriləcək və qərar ümumilikdə tariflərə də təsir göstərəcək. Mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək. Bununla bağlı mobil rabitə operatorları ilə ümumi razılaşma əldə olunub.


RYTN tərəfindən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb. Bu kontekstdə mobil operatorlara güzəştlər təqdim olunub və onların rabitə bazarında yer tutmasına kömək göstərilib. Hazırda Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr qurulub və bir telefon üzərindən bütün xidmətlərdən istifadə imkanı yaradılıb.