Dünya

Misirdə yaşayış məntəqələrinin minaatanlardan atəşə tutulması nəticəsində 13 nəfər həlak olub

Metbuat.az

Qahirə, 9 aprel,

AZƏRTAC

Misir KİV-ləri xəbər verir ki, Sinay yarımadasındakı yaşayış məntəqələri silahlılar tərəfindən minaatanlardan atəşə tutulub.


İlkin məlumata görə, hücumlar nəticəsində azı 13 nəfər, o cümlədən 11 mülki şəxs və iki hərbi qulluqçu həlak olub, daha altı nəfər yaralanıb.


Hakimiyyət orqanlarının məlumatına görə, yarımadanın şimalında Şeyx Züveyd rayonundakı yaşayış məntəqəsindəki evə azı iki mərmi düşüb.


Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının nümayəndələri istintaq tədbirləri aparırlar.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə