Ölkə

Mingəçevirdə 116 nəfər işlə təmin edilib

Metbuat.az

Mingəçevir, 12 aprel,

AZƏRTAC

Mingəçevir şəhərində vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.


AZƏRTAC

xəbər verir ki, cari ilin əvvəlindən bu günədək Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 236 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 74-ü qadın, 39-u gəncdir. Müraciət edənlərdən 116 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, rabitə və kommunal xidmət sahələrində işlə təmin ediliblər.


Həmçinin ötən dövrdə mərkəz tərəfindən 27 nəfərə işsizlik status verilərək müavinət təyin olunub.


Mingəçevir şəhər Əmək Birjasına isə ötən müddət ərzində cəmi 6 nəfər işaxtaran vətəndaş müraciət edib. Qeydiyyatda olanlardan 104 nəfəri mövsümi xarakterli müvəqqəti işlə təmin olunub.