İqtisadiyyat

Milli və beynəlxalq məlumatlar arasında fərqlərin aradan qaldırılması məqsədilə Dövlət Statistika Komitəsi və Dünya Bankı arasında işçi qrupunun yaradılması təklif olunub

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Milli və beynəlxalq məlumatlar arasında fərqlərin aradan qaldırılması, bu problemin həll olunması üçün Dövlət Statistika Komitəsi (DSK) və Dünya Bankı arasında müvafiq işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülüb, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.


DSK-dan

AZƏRTAC

-a bildiriblər ki, bu müzakirələr Dövlət Statistika Komitəsində Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.


Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov DSK ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib. Dünya Bankının Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə layihə heyətinin tapşırıq qrupunun rəhbəri xanım Nista Sinha hər iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.


Görüşdə milli və beynəlxalq məlumatlar arasında fərqlərin aradan qaldırılması, bu problemin həll olunması üçün müvafiq işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülüb, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.