Ölkə
Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
Bakı. 20 aprel. REPORT.AZ/ Milli Şura təyin etdiyi mitinqin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Bu barədə "Report"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq komitəsinin sədri Fuad Qəhrəmanlı məlumat verib.
Mitinqin mayın 3-də, saat 15:00-da Ya
samal rayonundakı İdman Sağlamlıq Kompleksinin stationunda (keçmiş "Məhsul") keçirilməsi nəzərdə tutulur.