Ölkə
Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib
Bakı, 15 aprel,
AZƏRTACAprelin 15-də Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq, bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, 13 eyniadlı kəndin adları isə dəyişdirilib.