İqtisadiyyat
Fövqəladə Hallar Nazirliyi
“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib
Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda yerləşən “Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib.
Fövqəladə Hallar Nazirliyi
ndən "Report"a verilən məlumata görə, hadisə ticarət mərkəzinin qazanxana hissəsində yaranmış qəza nəticəsində meydana gəlib.
Zəhərlənən 15 nəfər Kliniki Tibbi Mərkəzinə (KTM) yerləşdirilib. Bu məlumatı "Report"a KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov təsdiq edib.
A.Maqsudov bildirib ki, zəhərlənmənin dəqiq səbəbləri araşdırılır.
Zərərçəkənlərin vəziyyətinin orta və yüngül olduğu qeyd olunur. Vəziyyəti ağır olan yoxdur.