Ölkə

"Metropark"da dəm qazından KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Metbuat.az

Hadisə nəticəsində 20-dən artıq şəxs zəhərlənib

 
Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.