Dünya
Milli.Az
Məşhur aktyora şokoladdan heykəl ucaltdılar
Britaniyanın UKTV şəbəkəsi "Şerlok Holms" filminin ulduzu
Benedikt Kemberbetçə şokoladdan heykəl ucaldıb.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, teleşirkət iki min qadın arasında sorğu keçirib. Onların rəyi əsasında ən şirin dramatik aktyor məhz Kemberbetç seçilib. Bu mükafat uğrunda
Devid Tennant,
Şon Bin,
İdris Elba,
Demian Lyuis,
Eydar Törner,
Ceyms Nesbittvə digər ulduzlar mübarizə aparıblar.
Heykəlin hazırlanması üçün 8 nəfər 250 saat işləyiblər. Yeməli Kemberbetçin çəkisi 40 kiloqramdır.
Milli.Az